Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Fransalı siyasətçi: Trampın nümayəndələri Parisdəki danışıqlarda Makronu aşağıladı

    1 week ago

    3

    0

    "ABŞ rəsmiləri Fransa prezidenti Emmanuel Makronu Parisdə alçaldıb və Ukraynadakı münaqişənin həlli kontekstində ona sülh dərsi verib". HİT.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb. "Əslində, dünən Makron üçün çox alçaldıcı bir gün idi: Trampın iki nümayəndəsi Parisin mərkəzində ona sülh dərsi keçdi", deyə o vurğulayıb. Avropa ölkələri Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesinə qoşulub. Aprelin 17-də Parisdə müxtəlif iştirakçılarla, o cümlədən ABŞ, Avropa İttifaqının rəhbərləri, Böyük Britaniya, Ukrayna nümayəndə heyəti ilə görüşlər keçirilib. Yelisey Sarayı danışıqları "məhsuldar və konstruktiv" adlandırıb və Emmanuel Makron sülhə nail olmaq üçün "səyləri ikiqat artıracağına" söz verib.  Dövlət Departamenti danışıqlarçılara və Rusiyaya "davamlı və uzunmüddətli sülhün konturlarını" çatdırıb və Moskva ABŞ-la təmasları davam etdirməyə hazır olduğunu bildirib. Samir
    Click here to Read more
    Prev Article
    Ombudsman Bakıda vətəndaş qəbulu keçirib
    Next Article
    Məktəblilərin intihar etməsinə səbəb nədir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment