Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Ford" ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu

    1 week ago

    4

    0

    Amerikanın "Ford" şirkəti ticarət müharibələri səbəbindən Çinə avtomobil ixracını dayandırıb. Qərara əsasən, "F-150 Raptor", "Mustang", "Bronco" və "Lincoln Navigator" modelləri Çinə tədarük edilməyəcək. Valyuta.az xəbər verir ki, bu barədə Carscoops.com məlumat yayıb. Qərar yüksək idxal rüsumlarına görə qəbul edilib - beləliklə, "Ford" bəzi avtomobillərdə indi 150%-ə çatan tarifləri ödəməkdən yayınmaq istəyir. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp aprelin 3-dən minik avtomobilləri, yüngül yük maşınları və avtomobil hissələrinin idxalına 25 faizlik rüsumların tətbiqi haqqında sərəncam imzalayıb. ABŞ hökumətinin Federal Reyestrində dərc edilən sənədə görə, motorlu nəqliyyat vasitələrinin və bəzi motorlu nəqliyyat vasitələrinin hissələrinin idxalı ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edir. Hazır avtomobillər üçün 25% rüsum aprelin 3-dən qüvvəyə minib. Tramp bildirib ki, Avropa İttifaqı, Yaponiya və digər ölkələrlə razılaşma əldə etmək üçün bütün səylərə baxmayaraq, təhlükə yalnız artıb. Səbəb kimi o, COVID-19 pandemiyasına məruz qalan tədarük zəncirlərinin zəifliyini, həmçinin ədalətsiz subsidiyalar və aqressiv sənaye siyasəti ilə dəstəklənən xarici avtomobil istehsalçılarının yüksəlişini göstərib. Tramp qeyd edib ki, hazırda ABŞ-da satılan avtomobillərin yalnız yarısı yerli istehsaldır və bu, sənaye bazasına və milli təhlükəsizliyə zərbə vurur. Sənəddə həmçinin yeni məhdudiyyətlərdən yayınmağın mümkün yollarının qarşısını almalı olan vergi tutulan malların siyahısını genişləndirən mexanizmin işlənib hazırlanması zərurətinin göstəricisi var. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Fotoğraf Makinesini Aratmayan Yeni Amiral Gemisi vivo X200 Ultra Tanıtıldı: İşte Özellikleri ve Fiyatı!
    Next Article
    Şokolad idxalı əridi: 600 tona yaxın azalma

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment