Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Ford" qiymətləri artıracaq - Tramp inflyasiyanı yüksəldir

    1 week ago

    3

    0

    ABŞ-ın prezidenti Donald Trampın avtomobil istehsalçıları üçün nəzərdə tutduğu gömrük tariflərində yüngülləşdirmə etmədiyi təqdirdə, "Ford Motor" bu yaydan etibarən avtomobillərin qiymətlərini artırmağa hazırlaşır. Valyuta.az-ın xəbərinə görə, "Ford"un benzinlə işləyən və elektrikli avtomobil bölmələrinin rəhbəri Endryu Frik çərşənbə günü dilerlərə göndərdiyi bildirişdə qeyd edib ki, Trampın tarif siyasətində ciddi bir dəyişiklik baş verməzsə, gələcəkdə avtomobil qiymətlərində düzəlişlərin olacağı ehtimalı var və bunun may istehsalından etibarən baş verəcəyi gözlənilir. Şirkət bildirib ki, may ayında istehsal ediləcək "Ford" avtomobilləri hazırda qüvvədə olan hər kəs üçün tətbiq edilən endirimli qiymət kampaniyasının başa çatmasından sonra, iyun ayının sonu və ya iyulun əvvəllərində ABŞ satış saloqlarına çatacaq. "Ford" əlavə edib ki, hazırda mövcud olan stokdakı avtomobillərin qiymətlərində isə dəyişiklik edilməyəcək. "Ford"un açıqlamasında deyilir: "Gömrük tarifləri ilə bağlı vəziyyət daim dəyişkəndir və biz bu tədbirlərin potensial təsirlərini qiymətləndirməyə davam edirik". Bu xəbər, avtomobil istehsalçılarının Trampın idxal avtomobillərinə tətbiq etdiyi 25 faizlik gömrük vergisinin gətirdiyi yüksək xərcləri qiymətlərə əks etdirməyə hazırlaşdıqlarına dair ən açıq siqnal hesab olunur. Bildiriş Trampın avtomobil şirkətlərinə istehsalı ABŞ-a köçürmək üçün əlavə vaxt vermək məqsədilə tariflərdə müvəqqəti təxirəsalmanı nəzərdən keçirdiyini bildirməsindən iki gün sonra gəlib. "Automotive News" tərəfindən ilk dəfə yayımlanan və daha sonra "Bloomberg" tərəfindən təsdiqlənən bildirişdə Frik qeyd edib ki, "Ford" hələ də prezidentin siyasətini anlamağa çalışır, lakin xüsusi tariflərin heç olmasa bir müddət daha qüvvədə qalacağının ehtimal olunduğunu bildirib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Bakının üç rayonunda bu gün qaz olmayacaq
    Next Article
    Çiftçileri sevindiren haber geldi: Destek ödemeleri hesaplara yatmaya başladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment