Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri 13.1% artıb

    1 week ago

    4

    0

    2025-ci ilin yanvar-mart ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 498 milyon 822 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən Finss.az-a verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.8%-ni əhatə edib. Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 21 milyon 660 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,34%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13.1% artıb, ixrac isə 16.6% azalıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 6 milyard 385.9 milyon ABŞ dolları, idxalı isə 5 milyard 662.9 milyon ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    FED-in müstəqilliyinin itirilməsi inflyasiya və işsizlik bazarını pisləşdirə bilər
    Next Article
    Çində qeyri-dövlət müəssisələrinin sayı 57 mln. keçib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment