Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Filippindən Azərbaycana investisiyalar azalıb

    1 week ago

    3

    0

    2024-cü ildə Filippindən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 13,3 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Rəqəmlər göstərir ki, bu göstərici 2023-cü illə müqayisədə 10,4 milyon ABŞ dolları və ya 44% azalıb. Qeyd edək ki, 2023-cü ildə Filippindən Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 23,7 milyon dollar olub. 2024-cü ildə Filippindən yatırılan investisiyalar, Azərbaycana cəlb olunan ümumi birbaşa xarici investisiyaların 0,2%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilən ümumi birbaşa xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Bununla yanaşı, 2024-cü ildə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard dollar olub. Bu da ötən illə müqayisədə 1,4 milyard dollar və ya 43,3% azalma ilə müşahidə olunur. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bankların kredit portfelinin həcminə görə RENKİNQİ - I RÜB/2025
    Next Article
    “Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti” üzrə təlim keçirilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment