Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Fəzail Ağamalı haralardadır?

    1 week ago

    3

    0

    Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə əlaqədar olaraq Türkiyəyə gedib. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında partiya sədri özü deyib. O, səhhətinin nəzarət altında olduğunu söyləyib:  "Səhhətimlə ciddi məşğul olmağa çalışıram. Həkimlərlə məsləhətləşirəm və vaxtaşırı Türkiyədə oluram, müəyyən müayinələrdən keçirəm. Hazırda da Ankaradayam və səhhətim həkimlərimizin nəzarəti altındadır". Fəzail Ağamalı hazırda nə işlə məşğul olduğu ilə bağlı suala gəlincə isə bildirib:  "Yenə də siyasətdə varam və Ana Vətən Partiyasının sədri kimi fəaliyyətimi davam etdirirəm. Son dərəcə zəruri və əhəmiyyətli məsələlərə öz münasibətimi ifadə etməyə çalışıram. İndiki durum parlament dövrü ilə müqayisədə fərqlidir. Yəni parlament dövründə daha aktiv və daha dinamik bir siyasi fəaliyyət mövcud idi. İndi isə ancaq partiya müstəvisində və partiya platformasında fəaliyyətimi davam etdirirəm. Yenə də dövlətimizin və dövlətçiliyimizin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, onun dövlətçilik konsepsiyasının, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyein yanındayam, yəni fəaliyyətim bu istiqamətdə davam edir. Qalan zamanımda isə evdə oluram, istirahət etməyə çalışıram, gündəlik qayğılarla yaşayıram". Xatırladaq ki, 78 yaşlı F.Ağamalı 1995-2024-cü illərdə Milli Məclisin ardıcıl altı çağırış deputatı olub.   
    Click here to Read more
    Prev Article
    Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
    Next Article
    2026-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANIB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment