Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Fermerlərə çağırış: Subsidiya almaq üçün yazlıq əkinlərinizi EKTİS-də bəyan edin!

    1 day ago

    2

    0

    Finss.az - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yazlıq əkinlərin bəyanı davam edir. Azərbaycanda yazlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır. Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər. Subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb. Yazlıq əkinlərin bəyanı üçün son tarix 31 maydır. Elektron müraciətin formalaşması üçün fermerlər EKTİS şəxsi kabinetlərində mülkiyyət və istifadə hüququna dair sənədlərə əsasən qeydiyyatdan keçirdikləri təsərrüfatları (torpaq sahələri) üzrə apardıqları yazlıq əkinlərlə bağlı məlumatları daxil etməlidirlər. Zəruri qeyd: Qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 ha üzərində əkinlər, habelə yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur. Bu səbəbdən, yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 faiz dövlət dəstəyi ilə sığortalamalıdırlar. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir
    Next Article
    Threads, Threads.com Adresine Taşınıyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment