Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Faiz dəhlizinin parametrləri dəyişməz saxlanıldı

    6 days ago

    3

    0

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.  Bu barədə Valyuta.az-a Mərkəzi Bankdan məlumat verilib.  Qərar inflyasiyanın hədəf diapazonunda qalması, xarici və daxili iqtisadi faktorların təhlili, həmçinin pul siyasəti alətlərinin real sektora ötürülmə mexanizmləri nəzərə alınaraq qəbul edilib. 2025-ci ilin mart ayında illik inflyasiya 5.9% təşkil edib ki, bu da Mərkəzi Bankın 4±2% (2–6%) diapazonuna uyğun gəlir. Ərzaq məhsullarında illik qiymət artımı 6.5%, qeyri-ərzaq mallarında 2.8%, xidmətlərdə isə 7.5% olub. Baza inflyasiya göstəricisi isə 4.5% səviyyəsində qeydə alınıb. Mərkəzi Bank həmçinin beynəlxalq iqtisadi şəraiti də nəzərə alıb. Belə ki, əmtəə qiymətləri üzrə indeks mart ayında aylıq 2.7% azalıb, illik artım isə 2.6% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 9.6%-ə çatıb. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi isə 1.8% möhkəmlənib. Banklararası pul bazarında orta faizlər faiz dəhlizi daxilində dəyişib. Aprelin ilk ongünlüyündə 1D AZIR indeksi 7.68%, ikinci ongünlüyündə isə 7.21% səviyyəsində olub. Dövlətin sərbəst vəsaitlərinin banklarda yerləşdirilməsi isə likvidlik mövqeyinə təsir göstərib. Xarici iqtisadi mühitdə qeyri-sabitlik riskləri, o cümlədən ticarət müharibələri və geosiyasi gərginliklər inflyasiyanın risk balansına təsir edən əsas amillər kimi göstərilir. Daxildə isə xərc artımı və tələbin yüksəlməsi qiymət sabitliyinə təzyiq yarada bilər. Mərkəzi Bank 2025 və 2026-cı illər üzrə inflyasiyanın yenə də hədəf diapazonunda qalacağını proqnozlaşdırır. 2025-ci il üçün proqnozlaşdırılan illik inflyasiya 5.3%, 2026-cı il üçün isə 4.3% səviyyəsindədir.
    Click here to Read more
    Prev Article
    Şeyx Məhəmməd məscidi yenidən bərpa olunacaq
    Next Article
    "Instagram" “CapCut”ı əvəz edəcək funksiyanı işə saldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment