Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Expressbank"da 29%-ə yaxın xalis mənfəət itkisi

    2 weeks ago

    3

    0

    “Expressbank” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.  Valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 2 milyon 419 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 28,76% azdır.  Hesabat dövründə bankın faiz gəlirləri 3 milyon 875 min manat və ya 24,67 % artaraq 19 milyon 582 min manat olub. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (18 milyon 733 min manat) müşahidə edilib.  İlk rübdə “Expressbank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 55,9 % artaraq 4 milyon 214 min manatdan (I rüb 2024) 6 milyon 569 min manata yüksəlib. Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (4 milyon 241 min manat), Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri (1 milyon 198 min manat) ilə bağlıdır. Nəticədə bankın xalis faiz gəliri 13,22% artaraq 13 milyon 12 min manata çatıb.   Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri, xarici valyutadan gəlir və digər gəlirlər 311 min manat azalaraq bu ilin ilk rübündə 4 milyon 152 min manata enib. Qeyri-faiz xərcləri isə 1 milyon 204 min manat artaraq 12 milyon 120 min manata yüksəlib.  Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 3 milyon 36 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 31,43% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 4 milyon 428 min manat təşkil edib.  Son üç ayda “Expressbank”ın cəmi aktivləri 14,15% və ya 75 min 243 manat artaraq 607 min 55 manata, cəmi öhdəlikləri isə 17,47% artaraq 468 min 113 manata bərabər olub. Cəmi kapitalı isə 4,21% artaraq 138 min 942 manata bərabər olub. Qeyd edək ki, "Expressbank" 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Müşahidə şurasının sədri Cavadov Əfqandır.
    Click here to Read more
    Prev Article
    Ən çox silah idxal edən ölkələr
    Next Article
    Dövlət bu şəxslərə ev verəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment