Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Evinin soyuducusunda 4 kq narkotik gizlətdi - VİDEO

    1 week ago

    5

    0

    Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. HİT.az xəbər verir ki, daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq soyuducunun buzluq yerindən 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb. Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.  Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.
    Click here to Read more
    Prev Article
    Bakıda autizmli uşaqları birləşdirən kafedən REPORTAJ: "Onlar burada möcüzələr yaradırlar"
    Next Article
    “Oğluma zəng edərək onu və qardaşını öldürəcəyini dedi”

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment