Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Əvəz Zeynallı cəzadan azad edildi

    1 day ago

    2

    0

    "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. "Report" xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub. Xatırladaq ki, Əvəz Zeynallı bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxub. O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib. Ə.Zeynallı, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.  
    Click here to Read more
    Prev Article
    Yeni əməkdaşlıq memorandumu imzalanıb
    Next Article
    XİN: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment