Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay

    2 days ago

    3

    0

    Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib. HİT.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 22-də baş verib. 2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib – red.) bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər. Şənlikdə araq icən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib. Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər. Polis şöbəsinə gətirildikdən sonra Sənan polis şöbəsinin inzibati binasının qarşısında özündən aslı olmadan əsəbləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, hərəkətlərinə davam edib. Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.
    Click here to Read more
    Prev Article
    Bələdiyyə sədri niyə özünü sakin kimi təqdim edib? - VİDEO
    Next Article
    Politoloq Doctorow: Tramp Ukrayna sülh prosesindən çıxmalıdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment