Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Əsəbi paranoyak": Ekspertlərə görə kral Çarlz şahzadə Harrini görməzlikdən gəlir

    1 week ago

    4

    0

    Şahzadə Harrinin doğma ölkəsində təhlükəsizliklə bağlı hüquqi mübarizəsini davam etdirdiyi bir vaxtda, atası – xərçənglə mübarizə aparan kral III Çarlz ilə münasibətləri daha da soyuyur.  HİT.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Krallıq ailəsi üzrə ekspert Hilari Fordviçin sözlərinə görə, onların münasibətləri son dərəcə gərgindir və bu, Harrinin atasının tacqoyma mərasimində üçüncü sırada oturmasından sonra daha da pisləşib. Ekspert əlavə edib ki, bu vəziyyət şahzadə Harrinin təhlükəsizliklə bağlı açıq məhkəmə çəkişmələri fonunda daha da dərinləşib. Kral Çarlz Harrini qəsdən uzaqlaşdırır – həm hüquqi qarışıqlıqlardan, həm də əlavə emosional zədələrdən qaçmaq üçün. Kralın ətrafındakılar da bu məsafəni qorumağa çalışır, çünki onlar Harrini "iyrənc" biri kimi qiymətləndirirlər. Yaxın gələcəkdə barışıq ehtimalı çox azdır. Fordviç bildirib ki, şahzadə Uilyamla münasibətlər də eyni dərəcədə pisdir – o da Harrinin zəng və mesajlarına cavab vermir. "People" jurnalının yazdığına görə, 40 yaşlı Harrinin son üç Britaniya səfəri zamanı kral Çarlz onunla görüşmək üçün vaxt ayırmayıb. Məlumata görə, şahzadə atasının hazırkı sağlamlıq vəziyyəti və həkimlərin proqnozları barədə heç bir məlumata malik deyil. Xatırladaq ki, 76 yaşlı monarxa ötən il xərçəng diaqnozu qoyulub. Hüquqi çəkişmə Harrinin 2020-ci ilin fevralında krallıq ailəsinin baş üzvü statusundan imtina etməsindən sonra dövlət təhlükəsizliyini itirməsi ilə bağlıdır. Şahzadə bu təminatın bərpa olunmasını istəyir və hesab edir ki, kral Çarlz bunu asanlıqla həyata keçirə bilərdi. Lakin saray bu iddiaları qəti şəkildə təkzib edir. Atası və oğulun son dəfə 2024-cü ilin fevralında, kralın xərçəng diaqnozunun rəsmi şəkildə elan edilməsindən dərhal sonra görüşdüyü bildirilir. Görüş təxminən 30 dəqiqə davam edib və kraliça Kamilla da iştirak edib. Həmin vaxtdan bəri tərəflər arasında şəxsi əlaqə olmayıb. Harrinin məktubları və zəngləri isə cavabsız qalır. Hətta məlumata görə, 27 martda kral Çarlz müalicə ilə bağlı ağırlaşmalar səbəbilə xəstəxanaya yerləşdirildikdə, Harri bu barədə yalnız mediadan xəbər tutub. Britaniyalı televiziya aparıcısı və fotoqraf Helena Çard bildirib: "Qarşıdurma içində olan və paranoyak davranışlar sərgiləyən şahzadə Harri dünyaya qarşı mübarizəsini davam etdirdiyi müddətdə kral ailəsi, xüsusilə də kral Çarlz ondan uzaq durmağa çalışacaq". Ekspertin sözlərinə görə, kral Çarlz artıq oğlunun davranışlarından yorulub və hər hansı ünsiyyətin hüquqi risklər doğura biləcəyindən ehtiyat edir: "Kral bu riski üzərinə götürmək istəmir. Harri nə vaxt başa düşəcək ki, kral nə istəmir, nə də bacarır ona kömək etməyi?" Çard qeyd edib ki, kral ailəsi Harridə böyük etimad problemi görür və şəxsi məlumatların mediaya ötürüləcəyindən ehtiyatlanaraq onunla məlumat paylaşmaqdan çəkinir. Məhz bu səbəbdən şahzadə atanın səhhəti barədə məlumat almır. "Harri, ailəsini necə üzür, bunu düşünmür. O, öz narazılıqlarını ictimaiyyət qarşısında dilə gətirməyi davam etdirir. Bu isə kral ailəsinin nüfuzuna zərbə vurur və onu ailədən, cəmiyyətdən uzaqlaşdırır", deyə Çard əlavə edib. "People" jurnalına danışan mənbələr bildiriblər ki, kral Çarlzla barışıq danışıqları yaxın zamanda baş tutmayacaq. "Heç bir yaxınlaşma baş vermir. Heç nə dəyişməyib", deyə saraya yaxın mənbə bildirib. Başqa bir kral eksperti – Yan Pelhem Törner isə hesab edir ki, Britaniya kral ailəsindən xalqın gözləntisi birliyə nail olmaq və ölkəni beynəlxalq səviyyədə təmsil etməkdir: "Bütün bu qarşıdurmalar "Tac" serialına bənzəyən bir sabuna çevrilməməlidir. Məncə, sarayda kimlərsə qürurunu udub, Harrini və Meqanı düşmən kimi deyil, ailə üzvü kimi qəbul etməlidirlər. Onlar Britaniya üçün böyük dəyər ola bilərlər". Məlumata görə, Harri hələ də atası ilə barışmaq ümidi ilə yaşayır. O, Kaliforniyada böyüyən uşaqları – şahzadə Arçi və şahzadə Lilibetin də britaniyalı köklərini tanımasını və ailə ilə münasibətlər qurmasını istəyir. Şahzadənin təhlükəsizlik məsələsi ilə bağlı məhkəmə prosesi davam edir. Bildirilir ki, Harri məhkəmə gedişində öyrəndiyi bəzi məlumatlardan dərin sarsıntı keçirib. "İnsanlar əslində nələrin gizlədildiyini bilsəydilər, çox təəccüblənərdilər", deyə şahzadə qeyd edib. "Majesty" jurnalının baş redaktoru İnqrid Syuard isə hesab edir ki, kral Çarlzın bu məsələyə qarışmaqdan imtinasının ciddi səbəbi var: "O, hökumət siyasətinə müdaxilə edə bilməz. Ola bilər ki, Harrilə başqa biri danışır. Sadəcə bu şəxs kral deyil. Çarlzın bu məsələlərlə məşğul olmağa nə vaxtı, nə də enerjisi var". Samir
    Click here to Read more
    Prev Article
    Xaricdən sifariş verilən məhsul itərsə, kim məsuliyyət daşıyır?
    Next Article
    Tariflər ABŞ Şərab İstehsalçıları üçün Problem Ola bilər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment