Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə də hörmət qoymayıb

    6 days ago

    5

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Rizvan Nəbiyev deyib. Deputat bildirib ki, bir yer, bir məkanın bir xalqa məxsus olması təkcə beynəlxalq hüquqla ölçülmür: “Qəbul olunan odur ki, bir xalq uzun müddət bir yerdə yaşayıbsa, onun maddi mədəni irsi olmalıdır. Xüsusilə Şuşanın bizə məxsusluğu il bağlı bu sual dəfələrlə qaldırılıb. Buna da cavab verən çoxsaylı amillər var. Onlardan da biri məşhur alman alim Hesdir. O bizim dilimizi gözəl bilir, Şuşanın irsi haqqında yazdığı kitabda qeyd edib ki, XIX əsrin sonunda Şuşa və ətrafda 95 azərbaycanlı şair və yazıçı yaşayırdı, 18 bəstəkar var idi, 22 azərbaycanlı müğənni var idi. Biz bunu ermənilərin dedikləri ilə müqayisə etsək, həmin dövrdə ermənilərin adını çəkəcəyi bir şəxs belə olmayıb. Hazırkı dəyişiklik etdiyimiz qanunda da nəzərdə tutulur ki, hansısa xalqın, dövlətin əraziləri işğala məruz qalırsa, onun abidələri qənimət kimi ələ keçirilərsə, onda beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı və hesabat təqdim olunmalıdır. Hesabatın təqdim olunması üçün biz bu pasportlaşmaya ehtiyac duyuruq”. Rizvan Nəbiyev bildirib ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın mərkəzi hissəsi tarixi və mədəni qoruq elan olunub: “Bu gün həmin hissənin UNESCO Konvensiyasına əsasən, qorunan abidələr siyahısına daxil edilməsi ilə bağlı fəaliyyət ortaya qoyulub”. Deputat əlavə edib edib ki, işğal dövründə 437 mədəni abidə ciddi ziyana məruz qalıb: "Təsəvvür edin Xocalı rayonu ərazisində Pirlər adlı abidədən silah anbarı kimi istifadə olunub. Bu xristian abidəsidir. Bu fakt göstərir ki, qarşı tərəf xristian olsa da, heç xristian abidəsinə də hörmət qoymayıb”.
    Click here to Read more
    Prev Article
    Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gəlib
    Next Article
    Prezident və birinci xanım Çinə səfərə getdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment