Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib

    5 days ago

    3

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, konfransda bir sıra rəsmi şəxslər, müxtəlif təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxışında bildirib ki, bu tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, erməni saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir. Həmçinin o bildirib ki, 2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib: "Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən, 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib". Qərbi Azərbaycan İcması sədri Əziz Ələkbərli bildirib ki, qarşıda duran əsas məqsədlərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırmaqdır: "Bildiyiniz kimi, son yüz ildə ermənilər bu regionla bağlı bütün tarixi mənbələri saxtalaşdıraraq dünya ictimaiyyətinə həqiqətə uyğun olmayan faktları çatdırıblar və dünyanı bu yalanlara inandırmağı bacarıblar. Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ilk növbədə həmin yalanları insanların beynindən silmək lazımdır". Həmçinin konfransda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcması arasında anlaşma memorandumu imzalanıb. Daha sonra erməni saxtakarlıqlarının qarşısının alınması mövzusunda çıxışlar dinlənilib. Qeyd edək ki, konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.
    Click here to Read more
    Prev Article
    Ukrayna Rusiyanın yaratmaq istədiyi "xoşməramlı atəşkəs" imicini ifşa etdi
    Next Article
    Lisenziyasız məhsullar reklam oluna bilməyəcək – Qanuna dəyişiklik

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment