Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ən təhlükəsiz maşınlar açıqlandı - FOTOLAR

    1 week ago

    4

    0

    "Euro NCAP 2025" test nəticələri açıqlanıb. Texnologiya inkişaf etdikcə, avtomobillər daha fərqli ölçülərə sahib olmağa başlayıb. Hər keçən gün dəyişən daxili və xarici avadanlıqlarla yanaşı, onların təhlükəsizlik səviyyələri də önəmli bir faktor halına gəlib. Yeni aparılan testlər nəticəsində, təhlükəsizlik sahəsində tanınan markaların artıq bu siyahıda yüksək sıralarda yer almadığı üzə çıxıb. "Euro NCAP" həyata keçirdiyi testlər vasitəsilə avtomobillərin təhlükəsizlik göstəricilərini müəyyən edir. Yenilənən siyahıda fərqli avtomobillər var. 2025-ci ilin ən təhlükəsiz 5 avtomobilinin siyahısını təqdim edirik: 1. POLESTAR 3 Ümumi qiymətləndirmə: 5 ulduz Yetkin sərnişin qorunması: %90 Uşaq sərnişin qorunması: %93 Piyada qorunması: %79 Təhlükəsizlik dəstək sistemləri: %83 2. AUDI A6 E-TRON Ümumi qiymətləndirmə: 5 ulduz Yetkin sərnişin qorunması: %92 Uşaq sərnişin qorunması: %91 Piyada qorunması: %75 Təhlükəsizlik dəstək sistemləri: %80 3. CUPRA TERRAMAR Ümumi qiymətləndirmə: 5 ulduz Yetkin sərnişin qorunması: %89 Uşaq sərnişin qorunması: %87 Piyada qorunması: %82 Təhlükəsizlik dəstək sistemləri: %76 4. GEELY EX5 Ümumi qiymətləndirmə: 5 ulduz Yetkin sərnişin qorunması: %86 Uşaq sərnişin qorunması: %87 Piyada qorunması: %83 Təhlükəsizlik dəstək sistemləri: %83 5. BYD SEALION 7 Ümumi qiymətləndirmə: 5 ulduz Yetkin sərnişin qorunması: %87 Uşaq sərnişin qorunması: %93 Piyada qorunması: %76 Təhlükəsizlik dəstək sistemləri: %79 Bu nəticələr, avtomobil istehsalçılarını daha çox diqqət etməyə və təhlükəsizlik standartlarını yüksəltməyə təşviq edəcək. Bu ilki testlərdə ortaya çıxan sürprizlər, müştərilərin daha etibarlı və təhlükəsiz bir sürüş təcrübəsi yaşamasını təmin edəcək. ©milli.az
    Click here to Read more
    Prev Article
    Ən çox bu ölkələrə neft satmışıq - SİYAHI
    Next Article
    Beşiktaş'ta rota Paul Onuachu!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment