Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

    1 week ago

    4

    0

    2025-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqqı açıqlanıb.  Valyuta.az statistik mənbələrə əsasən xəbər verir ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. Məlumata görə, mədənçıxarma sənayesində çalışanların orta aylıq nominal əməkhaqqı 3 444 manat təşkil edib. Dövlət sektorunda bu göstərici 2 290 manat, qeyri-dövlət sektorunda isə 4 048 manat olub. Ötən ilin eyni dövründə bu sahədə əməkhaqqı 3 298 manat səviyyəsində idi. Nəticədə 145,6 manat və ya 4,45% artım qeydə alınıb. Maliyyə və sığorta sahəsində çalışanların orta aylıq əməkhaqqı 2 651 manat olub. Dövlət sektorunda bu rəqəm 3 125 manat, özəl sektorda isə 2 546 manat təşkil edib. Ötən ilin yanvar-fevral aylarında bu sahə üzrə orta aylıq əməkhaqqı 2 325 manat olub ki, bu da illik müqayisədə 325,5 manat və ya 14% artım deməkdir. İnformasiya və rabitə sahəsində işləyənlərin orta aylıq əməkhaqqı isə 1 897 manat olub. Bu sahənin dövlət sektorunda çalışanları 1 567 manat, özəl sektorunda çalışanları isə 2 144 manat əməkhaqqı alıblar. Ötən ilin eyni dövründə isə bu göstərici 1 639 manat təşkil edib. Bu da 257,9 manat və ya 15,7% artım olduğunu göstərir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Kılıçdaroğlu’nu devirmek için pavyonda para dağıtmışlar! CHP’nin kurultay skandalında bomba ifşaatlar
    Next Article
    Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment