Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    EMTA və İctimai şura arasında əməkdaşlıq müzakirə edilib

    6 days ago

    3

    0

    Finss.az - Aprelin 22-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov şura üzvlərini salamlayaraq, fəaliyyətlərində uğurlar arzulayıb. Agentliyin yaranma tarixi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərdən söz açan İdarə Heyətinin sədri bildirib ki, tənzimləyici qurum olaraq Agentlik tərəfindən bu sahədə qanunvericilik, eləcə də normativ-hüquqi aktların layihələrinin təkmilləşdirilməsi həyata keçirilir. Sənədlərin hazırlanmasında İctimai şura üzvlərinin rəy və təkliflərinin də nəzərə alındığını bildirən Samir Axundov bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam edəcəyinə inamını ifadə edib. O, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Enerji Effektivliyi Fondunun (EEF) fəaliyyətinə də toxunub. Görüşdə hazırda 11 filial daxil olmaqla, EMTA-da vətəndaş müraciətlərinə baxılma, istehlakçı hüquqlarının qorunması, həmçinin istehlakçı məmnuniyyətinin həyata keçirilməsində şəffaflığın təmin edilməsinin əsas faktor olduğu vurğulanıb. Sonda EMTA ilə İctimai şura arasında qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, şura üzvlərinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    "Tramp müharibənin mahiyyətini anlamır, sadəcə gündəmdən silinməsini istəyir"
    Next Article
    Dövlət Vergi Xidmətinin əməkdaşlarının maaşları yeni redaksiyada təsdiq edilib - QƏRAR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment