Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    EMTA istehlakçıların hüquqlarının qorunması sahəsində işlər görür

    10 hours ago

    1

    0

    Finss.az - Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) energetika sahəsinin müvafiq sektorlarını tənzimləyən qanunvericiliyə uyğun olaraq istehlakçıların hüquqlarının müdafiəsi sahəsində digər dövlət orqan və qurumları ilə əməkdaşlıq edir. Agentlik istehlakçılardan elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı ilə bağlı Çağrı Mərkəzi, şəxsi müraciət, həmçinin elektron poçt və ya sosial şəbəkə vasitəsilə daxil olan müraciətlərə baxır. Müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin icrasına dövlət nəzarətini həyata keçirir. Bununla yanaşı, istehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir, o cümlədən energetika subyektləri arasında mübahisələrə və istehlakçıların şikayətlərinə baxır. 2025-ci ilin I rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı EMTA-ya bilavasitə və Energetika Nazirliyindən 1793 müraciət daxil olub. Bu müraciətlərdən 1435-i elektrik enerjisi təchizatı, 244-ü təbii qaz təchizatı, 57-si istilik təchizatı ilə bağlı olub. Digər məsələlərlə bağlı isə 57 müraciət göndərilib. Müraciətlərdən 1177-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (31 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 296 müraciət hazırda baxılma prosesindədir, 320 məlumat xarakterli müraciətdən 126-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda qeyri-həyat sığortası 5,5% artıb
    Next Article
    vivo Y29, Türkiye’de Satışa Sunuldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment