Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

    1 week ago

    3

    0

    Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub. Bu vəzifələrə Vüsal Zakir oğlu Nəsirli və Hidayət Kaviz oğlu Abdullayev gətiriliblər. Hidayət Abdullayev 2011-ci ildən Azərbaycan İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib. 2018-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub. Vüsal Nəsirli isə 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. ©report
    Click here to Read more
    Prev Article
    “Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər
    Next Article
    "Hacı Mazan"ın məşhur oteli satılıb? - Qardaşı oğlu rəhbərlikdən ayrıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment