Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Elvis Presli yadplanetli iddiaları ilə gündəmdə: "Yupiterin 9-cu peykindən gəldim"

    3 days ago

    3

    0

    Amerikalı əfsanəvi müğənni və "Rok-n-Roll kralı" kimi tanınan Elvis Preslinin yadplanetli olduğunu iddia etdiyi ortaya çıxıb.  HİT.az xəbər verir ki, yazıçı Miqel Konnerin qələmə aldığı "Gizli Elvis: kralın mistik və sehrli həyatı" adlı kitabda yer alan iddialar böyük maraq doğurub. Kitaba əsasən, Elvis bir gecə yaxın dostu Vanda Hilla "mən yadplanetliyəm" deyərək, Yupiterin 9-cu peykindən Yerə gəldiyini söyləyib. Hillin "Bəs niyə insana bənzəyirsən, dərinin rəngi niyə mavi deyil?" sualına isə Elvis belə cavab verib: "Gözlərim parlayır, bədənimi aura bürüyür". Yazarın iddialarına görə, Elvis Presli xəstə insanları sağalda biləcəyinə, havanı dəyişdirə biləcəyinə və özünü astral şəkildə ulduzlara göndərə biləcəyinə inanıb. Həmçinin onun uşaqlıqda yadplanetlilərlə dəfələrlə təmasda olduğu, onlardan gələcəyi ilə bağlı "ağ geyimli bir vizyon" aldığı, fövqəltəbii güclərə sahib olduğu bildirilir. Kitabda yer alan digər bir maraqlı iddia isə Elvisin UNO-larla bir neçə dəfə qarşılaşdığı və bu hadisələrin bəzilərində şahidlərin də olduğu yönündədir. Lakin bəzi tənqidçilər müğənninin istifadə etdiyi dərmanlar səbəbilə real və xəyali arasındakı sərhədi ayırd edə bilmədiyini və bu tip iddiaların buna bağlı ola biləcəyini bildiriblər. Samir
    Click here to Read more
    Prev Article
    La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
    Next Article
    SpringWorks Therapeutics springs higher as Merck KGaA takeover said close

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment