Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Elnur Əliyev: Çinə səfər nəticəsində 335 milyon dollar dəyərində investisiya layihələri imzalanıb

    1 day ago

    2

    0

    Finss.az - Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi də sahibkarlarımız üçün əlavə imkanlar açır. Bunu Sahibkarlar Gününə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “Konstitusiya və Suverenlik”: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. Elnur Əliyevin sözlərinə görə, bu günlərdə ölkə başçısının Çinə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamənin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir. "Elə bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmiş səfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir ki, bu da ölkəmizin iş adamları üçün yeni fürsətlər yaradır",- Elnur Əliyev qeyd edib. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan–Dünya Bankı əməkdaşlığının 30 illiyi: 4,5 milyard dollarlıq tərəfdaşlıq
    Next Article
    VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi: Müşfiqabadda yeni meşə salındı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment