Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Elnur Əliyev: Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda 26% artım göstərib

    1 day ago

    4

    0

    Finss.az - Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub. Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq təxminən 26 faiz, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb. Bunu Sahibkarlar Gününə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “Konstitusiya və Suverenlik”: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxış edərkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. Elnur Əliyevin sözlərinə görə, 2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz artıb. "Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb. Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83 faiz, məşğulluqda isə 78 faizdən artıqdır", - Elnur Əliyev qeyd edib. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Binədə qəsdən adam öldürmədə şübhəli bilinən şəxs tutulub
    Next Article
    Azərbaycan–Dünya Bankı əməkdaşlığının 30 illiyi: 4,5 milyard dollarlıq tərəfdaşlıq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment