Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Əhalinin nominal gəlirləri 20 milyardı keçdi - Rəsmi

    1 week ago

    4

    0

    2025-ci ilin yanvar-mart ayları üçün ölkə əhalisinin nominal gəlirləri artaraq, 20 milyard 690 milyon manat təşkil edib. Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artım göstərib. Qeyd olunan göstərici  ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyard 408 milyon təşkil edib. Bu da illlik müqayisədə 1 milyard 282 milyon artım deməkdir.  İlkin məlumatlara görə, yanvar-mart aylarında hər nəfərə orta hesabla 2022,6 manat gəlir düşüb. Bu statistika illik hesabatda 6,15% və ya 117,2 manat artımın olduğunu deməyə əsas verir. Əhalinin sərəncamında qalan gəlirləri isə 18 milyard 85 milyon manat olub. Ötən ilin yanvar-mart aylarında əhalinin sərəncamında qalan gəlirləri 17 milyard 87 milyon manat təşkil edib. Müqayisə üçün demək olar ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 6% və ya 998,4 milyon manat artım olduğunu göstərir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    ABB-nin xalis mənfəəti 15 milyon manata yaxın azalıb
    Next Article
    “Aqrarkredit”də Məmməd Musayevi əvəzləyəcək şəxs açıqlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment