Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

    2 weeks ago

    4

    0

    2025-ci ilin yanvar-mart aylarında ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 14 mlrd. 587.2 mln. manat təşkil edib.  Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.  Sözügedən dövrdə istehlakçılar tərəfindən ən çox vəsait ərzaq məhsullarına xərclənib.  Belə ki, istehlakçılara 7 mlrd. 439.6 mln. manatlıq məhsul satılıb ki, bu da ümumi pərakəndə ticarət dövriyyəsinin təxminən yarısını təşkil edib.  Ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.8 % artım qeydə alınıb.  Bundan əlavə toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 mlrd. 174.9 mln. manat, digər qeyri-ərzaq mallarına 2 mlrd. 270 mln. manat, avtomobil benzini və dizel yanacağına 853.6 mln. manat, içkilər və tütün məmulatlarına 671.1 mln. manat, elektrik malları və mebellərə 643.7 mln. manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara 342.5 mln. manat, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları isə 191.8 mln. manat vəsait xərclənib. Ən böyük artım tempi isə kompüterlər və çap məhsulları və əczaçılıq məhsulları və tibbi ləvazimatlar kateqoriyasında qeydə alınıb. Belə ki, bu sahədə satışlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15.1 % və 9.1 % artıb  Rəhim
    Click here to Read more
    Prev Article
    "iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər
    Next Article
    Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment