Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    E-İştirak platforması nə zaman istifadəyə veriləcək?

    1 week ago

    2

    0

    Qeyd edilməlidir ki, bu sistem yalnız texnoloji layihə deyil – müxtəlif dövlət qurumları arasında koordinasiya, məlumat mübadiləsi və hüquqi əsasların mövcudluğunu tələb edən kompleks bir infrastrukturdur. Hazırda bir çox qurumlar arasında məlumat paylaşımı və açıq API-lərdən istifadə istənilən səviyyədə deyil. Digər tərəfdən, ictimai iştirakçılıq və rəqəmsal hüquqlar sahəsində hüquqi və etik çərçivələrin də tam formalaşmadığı müşahidə olunur. Platformanın davamlı və effektiv fəaliyyəti üçün tələb olunan maliyyələşmə və texniki resursların hazır olub-olmadığına dair ictimaiyyətə açıq məlumat mövcud deyil. Daha önəmli məqamlardan biri isə ondan ibarətdir ki, ictimaiyyətdə bu sistemə olan maraq və tələb kifayət qədər güclü deyil. Belə olduğu halda, qərarvericilər üçün bu istiqamətə diqqət yetirmək ikinci plana keçə bilər. Halbuki, e-iştirak sisteminin tətbiqi dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vətəndaşların rəqəmsal idarəetmədə aktiv iştirakını təmin etmək üçün bu məsələyə prioritet yanaşılmalı və proses sürətləndirilməlidir. Elvin Abbasov visiontv.az
    Click here to Read more
    Prev Article
    İranın keçmiş kəşfiyyat naziri: Heç bir müharibə gözlənilmir, Tramp “sülh qəhrəmanı” olmaq istəyir
    Next Article
    "Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment