Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Dünyanın 3 dövlət arasında bölünməsi realdırmı?

    1 week ago

    7

    0

    Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib. Çinə veriləcək ərazilərdə bu ölkə ilə rəqib olan, həmçinin ABŞ - nin yaxın müttəfiqi olan Yaponiyanın olması maraq doğurur. Rəsmi Tokio bir müddətdir ki, Çinin öz sahillərində keçirdiyi təlimlərə görə NATO - dan müstəqil yeni hərbi qurumun qurulmasını təklif edir. Ancaq Vaşinqton bunda maraqlı deyil. Sadəcə Yaponiyaya bir qədər də çox hərbi dəstəyi artırmaqla cavab verdi. Yaponiya ilə bərabər Hindistanda Çinlə münasibətlərinda sərinlik yaşayır. Dehli və Pekin Cənubi - Şərqi Asiya bölgəsini ələ keçirmək və bölgənin əsas gücü olmaq uğrunda uzun müddətdir ki, mübarizə içindədir. Okeanlarda hökmranlığını qoruyub saxlayan Hindistan Çinin iqtisadi böyüməsinə ABŞ - dən əngəl yaradan ikinci ən böyük ölkədir. Çinin mövqeləri son zamanlar güclənsə də Hindistanı da hələ ki məğlub saymaq olmaz. Dərginin ABŞ - yə verdiyi ərazilərə zatən Donald Tramp hakimiyyətə gəldikdən sonra bu ölkə iddia edir. Şimali Amerika, yəni Kanada, həmçinin Qrelandiya hazırda da Vaşinqtonun əsas hədəfidir. Lakin onların ələ keçirilməsi ilə bağlı ciddi var. Kanada NATO üzvüdür, Qrelandiya isə NATO və Avropa Birliyinə üzv olan Danimarkaya məxsusdur. Bu baxımdan Vaşinqtonun konkret onlarla bağlı hərəkətə keçəcəyini gözləmək bir qədər düşündürücüdür. Avropanın tamamının və Türkiyənin Rusiyaya verilməsi isə maraqla qarşılanır. Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ - nin Avropadan əl çəkməsi Çinin " qoca qitə " də möhkəmlənməsinə səbəb olub. Avropa ölkələrinin bir çoxu Ukrayna ilə müharibə fonunda əksinə, Rusiyadan daha da uzaqlaşırlar. Türkiyə isə NATO üzvü və ABŞ - nin ən böyük müttəfiqidir. Hazırda Ankaranın Moskva ilə münasibətləri müsbət olsa da nəzərə alaq ki, Türkiyə uzun illərdir Qərbin bölgədəki əsas tərəfdaşıdır. Mərkəzi Asiya və Yaxın Şərqin bölüşdürülmədən kənarda saxlanması isə bu bölgələrdə uzun müddətdir ciddi rəqabətin getməsinə görədir. Həqiqətəndə də hər 3 dövlətin təsiri adı çəkilən regionda hazırda güclüdür. Ancaq " Newsweek " in bu yanaşması hazırkı beynəlxalq münasibətlər sisteminin tənəzzülü və dünyanın yenidən bölüşdürülməsi barədə böyük dövlətlər arasında yeni mübarizənin başlandığı gərçəyini ortaya qoyur. Politoloq Zeynal Əmrəliyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Yevlaxda 41 yaşlı kişi iş başında ölüb, zəhərləndiyi ehtimal olunur
    Next Article
    ASCO nümayəndələri Milli Biznesin İnkişafı Forumunda iştirak ediblər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment