Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Dövlət qurumlarında qanunsuzluqlar: DTX-yə müraciət edildi - Yeni DETALLAR

    6 days ago

    3

    0

    Ötən həftə Hesablama Palatasının bəzi dövlət qurumlarında aşkar etdiyi qanun pozuntuları ilə bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edildiyi barədə məlumat yayılıb. Həmin vaxt hansı qurumlarla bağlı müraciət edilməsi barədə açıqlama verilməyib. Valyuta.az xəbər verir ki, Modern.az məsələni aydınlaşdırmaq üçün Hesablama Palatasına sorğu göndərib. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, ötən hesabat ilində ümumilikdə 8 nəzarət tədbiri nəticəsində ciddi pozuntular aşkarlanıb və bu barədə müvafiq qurumlara məlumat verilib. Məlumata görə, Baş Prokurorluğa göndərilən materiallar sırasında aşağıdakı qurumlar yer alıb: – Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi – Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ona bağlı qurumlar – Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC – Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi – Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar DTX-yə isə iki auditin nəticələri təqdim olunub. Bunlar Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlar, eləcə də Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aparılmış nəzarət tədbirləridir. Palatanın məlumatına görə, bu auditlər zamanı dövlət vəsaiti və əmlakından istifadə ilə bağlı ciddi uyğunsuzluqlar müəyyən olunub. Hesabatın tərtib olunduğu tarixə qədər prokurorluq orqanlarının müdaxiləsi nəticəsində ümumilikdə 7,4 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilib. Bunun 3,9 milyon manatı 2024-cü ildə göndərilmiş materiallar, 3,5 milyon manatı isə əvvəlki illərin nəzarət tədbirləri ilə bağlıdır. Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun auditi üzrə əmlak üzərinə həbs qoyulub.
    Click here to Read more
    Prev Article
    Altın, dolar, gümüş'te trump etkisi: İslam Memiş'ten son tahmin!
    Next Article
    Azərbaycanlı 9-cu sinif şagirdi Mehdi Qulubəyli Nyu-Yorkda keçirilən BMT Model Konfransında uğurla iştirak edib (FOTO)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment