Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Dövlət büdcəsinə daxilolmaların yarıdan çoxu qeyri neft-qaz sektorunun payına düşür

    1 week ago

    3

    0

    Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4957,4 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur. Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir. Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4776 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur. Xatırladaq ki, 2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9733,4 milyon manat, xərcləri isə 8115 milyon manat təşkil edib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Lancaster meri evsiz insanlara dərman verməyi təklif edir
    Next Article
    İcmal büdcədə 1,68 milyard manat profisit yaranıb – Maliyyə Nazirliyi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment