Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

    2 weeks ago

    4

    0

    "Avro"nun "dollar" qarşısında məzənnəsi ticarət müharibəsi fonunda 2 faizdən çox artıb. Valyuta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, "avro" 1,136 dollar səviyyəsində olub (+1,51%). Gün ərzində məzənnə 1,147 dollar səviyyəsinə qədər yüksəlib ki, bu da 2022-ci ilin fevralından bəri ilk dəfə qeydə alınıb. "Dollar"ın zəifləməsinə səbəb ABŞ-nin gömrük rüsumlarını artırmasına Çin Xalq Respublikasının cavab reaksiyası olub. Çin Xalq Respublikasının Maliyyə Nazirliyi 12 apreldən etibarən Amerika məhsullarına tətbiq edilən gömrük rüsumlarını 125 faizə qədər artıracağını açıqlayıb. Bunun fonunda Çin məhsullarına qarşı isə faktiki olaraq 145 faizlik rüsumlar qüvvədədir.  ABŞ iqtisadiyyatına olan inamın azalması fonunda "dollar"ın dəyəri aşağı düşür. İnvestorlar Amerika aktivlərindən imtina edərək, təhlükəsiz sayılan aktivlərə - İsveçrə frankı, yapon yeni, "avro" və qızıla üstünlük verirlər. "Dollar"ın etibarlılığı ilə bağlı mümkün bir böhran məsələsi artıq cavabını tapıb - biz bu böhranı tam şəkildə yaşayırıq", - deyə "ING Bank NV"nin strateqləri bildiriblər. Beləliklə, ABŞ "dollar"ı İsveçrə frankına qarşı 2015-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb. Avropada səhər ticarəti zamanı "dollar"ın məzənnəsi İsveçrə frankına qarşı 0,81150 səviyyəsinə qədər enib. Bu, 10 apreldə başlayan və demək olar ki, 4% olan enişin davamı kimi qiymətləndirilir. "Dollar", eyni zamanda, yapon yeninə qarşı da 1,4% azalaraq 142,37-yə düşüb. Qızıl isə 1,4% bahalaşaraq rekord səviyyə olan 3219,23 dollar/unsiya həddinə çatıb. ABŞ "dollar"ının altı əsas valyutaya qarşı məzənnəsini ölçən "Dollar İndeksi" isə 1,2 faiz enərək, 2023-cü ilin iyulundan bəri ilk dəfə olaraq 100 həddinin altına düşüb.
    Click here to Read more
    Prev Article
    “Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu
    Next Article
    Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment