Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Diş problemlərinin yaranmağına səbəb bu imiş

    6 days ago

    3

    0

    "Diş problemləri ümumi sümük problemləri ilə eyni formada gedir".  Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, sümük problemləri ilə diş problemləri eynidir: "Bir çox hallarda uşaq ana bətnində olanda qidalanma prosesi ginekoloqlar tərəfindən lazımi səviyyədə aparılmır. Düzgün yazılmayan dərmanlar uşağın gələcək inkişafı üçün hansısa effekt vermir. Nəticədə, uşaqlar sümüklərində müəyyən problemlərlə doğulurlar. Həmçinin, həmin uşaqların dişləri çıxmağa başlayandan qısa zaman sonra qaralır. Çünki bədəndə kifayət qədər D vitamini çatışmır".  Ekspert qeyd edib ki, uşaqların ana bətnindən başlayaraq 18 yaşına qədər orqanizminin bütün problemlərini kalsium həll edir: "Kalsium çatışmayanda əzələ və sümük sisteminin inkişafı normal getmir. Dişlərin sağlamlığı və digər nahiyələrinin funksiyaları lazımi səviyyədə olmur. Çünki uşaq orqanizmi kalsiuma çox böyük ehtiyac duyur.  14-17 yaş arasında uşaqların kalsium ehtiyacı o qədər çox olur ki, hətta ən böyük həcmdə kalsiumla zəngin qidalarla təmin edilsə də, yenə kalsium çatmışmır. Ona görə də 14-17 yaş arasında ən azından ildə 2-3 dəfə 1 ay ərzində kalsium preparatını qəbul etmək lazımdır ki, orqanizm lazım olan təlabatı qarşılaya bilsin".  Lakin həkim diqqətə çatdırıb ki, vətəndaşların böyük əksəriyyəti bu şəkildə kalsium qəbul etməyiblər: "Bunu etməyəndə 20 yaşdan 50 yaşa kimi insan bədəninin kalsiumu olmur. 50 yaşdan 70 yaşa qədər olan şəxslərdə isə 50 faiz kalsium olmur. Yəni bu dərəcədə kalsium çatışmazlığı baş verir. Adətən insanlar kalsium çatışmazlığı nəticəsində baş verən xəstəliklərə görə erkən dünyadan köçürlər. Həmçinin, uşağın damaq xəstəliklərinə vaxtında fikir verəndə dişlər də gec tökülür və güclü diş problemləri olmur. Kalsium problemi olanda isə dişlərdə problem yaranır, zəif olur və vaxtından tez tökülür. Yəni hamısının əsasında kalsium çatışmazlığı dayanır".  Pərviz
    Click here to Read more
    Prev Article
    “SOCAR Türkiyə” və Kolumbiya Qlobal Mərkəzinin rəhbər şəxsləri BANM-də olublar
    Next Article
    Papa Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment