Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Diplomatlara aylıq təmsilçilik müavinətinin hansı qaydada ödəniləcəyi müəyyənləşib

    1 day ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə ödənilən aylıq təmsilçilik müavinəti         Sıra №-si         Vəzifələrin adları Təmsilçilik müavinətinin miqdarı, dövlət məvacibinə müəyyən edilmiş qaydada fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğə (faizlə) 1. Ticarət nümayəndəsi, hərbi attaşe (nümayəndə) 15         2. Təhsil məsələləri üzrə müşavir, Daxili İşlər Nazirliyinin nümayəndəsi, gömrük attaşesi (nümayəndə), mədəniyyət mərkəzinin direktoru, hərbi attaşenin (nümayəndənin) müavini, hərbi attaşenin (nümayəndənin) baş köməkçisi, mədəniyyət mərkəzinin direktorunun müavini, NATO-nun müvafiq strukturlarında və sülhməramlı birləşmiş çoxmillətli qərargahlarında Azərbaycan Respublikasının Silahlı Qüvvələrini təmsil edən Müdafiə Nazirliyinin büdcəsi hesabına saxlanılan hərbi qulluqçuları, hərbi attaşenin (nümayəndənin) köməkçisi, hərbi attaşenin (nümayəndənin) referenti, ticarət nümayəndəsi aparatında baş məsləhətçi, məsləhətçi, mütəxəssis, mədəniyyət mərkəzində baş məsləhətçi, məsləhətçi, mütəxəssis           10   Nümayəndələrin və onların (aparatlarının) işçilərinin işlədiyi dövlətdə onlarla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarının və övladlığa götürdüyü şəxslərin hər biri üçün müvafiq dövlət fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində müavinət ödənilir. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə işlədikləri dövlətdə onlarla birlikdə yaşayan və yaşı 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş müavinətin ABŞ dolları ekvivalentində məbləğinə bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində müvafiq valyutada aylıq müavinət ödənilir. Qəbul edən dövlətdə müvafiq vəzifəyə təyin olunarkən nümayəndələrə və onların (aparatlarının) işçilərinə tutduqları vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir. Siyahısı “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə ilə müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə faktiki fəaliyyət göstərən nümayəndələrə və onların (aparatlarının) işçilərinə onların dövlət məvaciblərinə müəyyən edilmiş qaydada fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində aylıq kompensasiya ödənilir. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə işlədikləri dövrdə onlara və ya onlarla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. Nümayəndələrin və onların (aparatlarının) işçilərinin qəbul edən dövlətdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Nümayəndələr və onların (aparatlarının) işçiləri və ya ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına ödənilir.
    Click here to Read more
    Prev Article
    Ukraynanın ABŞ-dan aldığı yardımın ümumi məbləği 105 milyard dollardır
    Next Article
    Diplomatların yaşayış sahəsi ilə təminatı qaydası müəyyənləşib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment