Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

    17 hours ago

    1

    0

    Finss.az - Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir müavini qonaqlara ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Sarvan Cəfərov ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji zonası” elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladan Sarvan Cəfərov Azərbaycan Respublikasının bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib. Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasen etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı ilə bağlı maliyyələşdirilən layihələr barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi fond Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Görüşdə Danimarka İxrac və İnvestisiya Fondu ilə aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    "Bank of Baku"nun istehlak və ipoteka kredit portfelləri artıb
    Next Article
    Clair Obscur: Expedition 33 İlk 3 Gününde 1 Milyon Adet Sattı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment