Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Çinli markalar bazar axtarışına başladı: İstehsal axsamağa başlayır

    13 seconds from now

    1

    0

    ABŞ-ın gömrük rüsumlarına görə Çinli fabrikalar istehsalı dayandırır və yeni bazarlar axtarır. Valyuta.az xəbər verir ki, şirkətlərin və analitiklərin fikrincə, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarının təsiri ilə Çinli istehsalçılar istehsalı dayandırır və yeni bazarlara yönəlir. İtirilən sifarişlər məşğulluğa da zərbə vurur. "Tidalwave Solutions" konsaltinq şirkətinin Şanxaydakı baş tərəfdaşı Kameron Conson bildirib: "Bilirəm ki, bəzi fabriklər işçilərinin yarısına bir neçə həftəlik evə getmələrini tapşırıb və istehsalın böyük hissəsini dayandırıb". Onun sözlərinə görə, hazırda ən çox oyuncaqlar, idman malları və ucuz "Dollar Store" tipli məhsullar istehsal edən fabriklər təsirlənir. Conson əlavə edib: "Hələlik bu, böyük miqyasda olmasa da, Yivu və Donquan kimi əsas mərkəzlərdə yaşanır və artacağı ilə bağlı narahatlıqlar var. Sifarişlərin yenidən bərpa olunması üçün gömrük rüsumlarının azaldılacağına ümid var, lakin bu arada şirkətlər işçiləri ixtisar edir və bəzi istehsal sahələri boş qalır". "Goldman Sachs"ın proqnozlarına görə, Çində təxminən 10-20 milyon işçi ABŞ-a ixrac edən müəssisələrdə çalışır. Ötən il Çinin şəhərlərində rəsmi işçi sayı 473,45 milyon nəfər olub. ABŞ bu ay verdiyi bir sıra sürətli qərarlarla Çin mallarına 100 faizdən çox gömrük rüsumu tətbiq edib, Çin isə buna cavab olaraq qarşılıqlı tədbirlər görüb. ABŞ prezidenti Donald Tramp cümə axşamı günü Pekinlə ticarət danışıqlarının davam etdiyini iddia etsə də, Çin tərəfi hər hansı danışıqların aparıldığını təkzib edib. Quançu mərkəzli "Imex Sourcing Services" tədarük zənciri idarəetmə şirkətinin qurucusu və baş direktoru Aş Monga bildirib ki, tariflərdəki son ikiqat artımın təsiri COVİD-19 pandemiyasından çox daha böyükdür. Onun sözlərinə görə, yalnız bir neçə milyon dollar resursa malik kiçik bizneslər üçün tariflərdəki ani artım dözülməz ola bilər və onları fəaliyyətlərini dayandırmağa məcbur edə bilər. İşlərin dayanması Çinli ixracatçıları yeni satış strategiyaları sınamağa məcbur edir. Şanxaya yaxın Ninqboda yerləşən idman geyimləri istehsalçısı "Woodswool" sürətli şəkildə Çində onlayn canlı yayım vasitəsilə geyim satışı sahəsinə yönəlib. Şirkət satış kanalını təxminən bir həftə əvvəl açdıqdan sonra, ümumi mal dəyəri 5000 yuan (690 dollar) olan 30-dan çox sifariş aldığını bildirib. Bu, itirilən işləri bərpa etmək istiqamətində kiçik bir addımdır. "Woodswool" fabrikinin direktoru və brend rəhbəri Li Yan açıqlamasında bildirib: "Bütün ABŞ sifarişlərimiz ləğv edildi". Li qeyd edib ki, bir vaxtlar istehsalın yarısından çoxu ABŞ-a gedirdi və yeni bazarlar formalaşana qədər bəzi istehsal sahələri iki-üç ay ərzində boş qalacaq. Şirkət 20 ildən çoxdur Avropa, Avstraliya və ABŞ-da müştərilərə satış həyata keçirir. Canlı yayım təşəbbüsü, ixracatçıların məhsullarını daxili bazara yönəltmələrinə kömək etmək üçün Pekinin tapşırığı ilə böyük Çin texnologiya şirkətlərinin səylərinin bir hissəsidir. "Woodswool" məhsullarını həm axtarış motoru tətbiqi, həm də canlı yayım e-ticarət platforması olan "Baidu" vasitəsilə onlayn satır. Li bildirib ki, şirkət studiyanı yeniləmək və komanda işə götürmək üçün vaxt və pul sərf etmədən iki həftə ərzində fəaliyyətə başlamağa imkan verdiyi üçün virtual insan canlı yayım seçimini üstün tutub. "Baidu" bu ay bir milyon müəssisəyə subsidiyalar və "Huiboxing" adlı virtual insan kimi pulsuz süni intellekt alətləri təqdim edəcəyini açıqlayıb. Şirkət bildirib ki, virtual insanlar satış təqdimatlarını təqlid etmək və müştərilərlə qarşılıqlı əlaqəni avtomatlaşdırmaq üçün süni intellektdən istifadə edən rəqəmsal insan modelləridir və insan əməkindən daha yüksək investisiya gəliri təmin edir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    AFB Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak edib
    Next Article
    "OpenAI" ordusunun milyardlıq startapları bir arada - Siyahı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment