Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

    1 week ago

    3

    0

    Çin hökuməti ABŞ-ın yüksək rüsumlarına cavab olaraq 7 nadir torpaq metallarını ixrac nəzarətinə daxil edib. Bu addım, Pekinin ticarət danışıqlarında təsir imkanlarını artırmaq məqsədi daşıyır və Çinin nadir torpaq elementləri bazarındakı dominant mövqeyini siyasi alətə çevirdiyini göstərir. Valyuta.az "Bloomberg"ə istinadə xəbər verir ki, bu metallar döyüş təyyarələrindən tutmuş nüvə reaktorlarına və ağıllı telefonlara qədər geniş istehsalat sahələrində əvəzolunmazdır. Çinin bu sahədə üstünlüyü isə getdikcə "geosiyasi çubuğa" çevrilir. "Project Blue" tədqiqat mərkəzinin araşdırma direktoru Devid Merriman bildirib: "Bu elementlər birbaşa kritik texnologiyaların və onları dəstəkləyən sahələrin inkişafına təsir göstərir. Çin beləliklə böyük bazarlarla aparılan istənilən danışıqlarda öz mövqeyini gücləndirə bilər". Çin ixrac nəzarətinə hansı metallar əlavə olunub? 1. Terbium - Ağıllı telefon ekranlarında canlı rənglər və yüksək temperatur dayanıqlı maqnitlər üçün vacibdir. ABŞ Müdafiə Nazirliyinə görə, ən az tapılan nadir torpaq elementlərindən biridir. Çin terbiumun 85%-ni Yaponiyaya, qalan hissəsini isə Cənubi Koreya və ABŞ-a ixrac edir. 2. İtrium - Qaraciyər xərçənginin müalicəsində, stomatoloji lazerlərdə və yüksəktemperaturlu superkeçiricilərdə istifadə olunur. ABŞ-da Mauntin-Pass yatağından hasil edilsə də, emalı üçün Çinə göndərilir. ABŞ-ın itrio tərkibli maddə idxalının 93%-i Çindən gəlir. 3. Disprozium - Elektrikli nəqliyyat vasitələri və külək turbinləri üçün vacib maqnitlərin istehsalında istifadə olunur. Nüvə reaktorlarında nəzarət çubuqları üçün də uyğun materialdır. Çinin disprozium ixracatının yarıdan çoxu Yaponiyaya, cəmi 0,1%-i isə ABŞ-a göndərilir. 4. Qadolinium - MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrində istifadə olunan kontrast maddələrin tərkibində yer alır. Eyni zamanda elektron komponentlər, məlumat saxlama diskələri və nüvə reaktorlarında tətbiq olunur. 5. Lutesium - Neft emalı zavodlarında kimyəvi katalizator kimi mühüm rol oynayır. ABŞ bu metalla bağlı demək olar ki, tamamilə Çindən asılıdır. 6. Samarium - Müdafiə sənayesi üçün yüksək temperaturlara davamlı maqnitlərdə istifadə olunur. Optik lazerlərdə və nüvə reaktorlarında da geniş tətbiqi var. 7. Skandium - Bezbol çubuqları, velosiped çərçivələri və döyüş təyyarələrinin bəzi hissələri üçün istifadə olunur. Yüksək ərimə nöqtəsi və aşağı sıxlığı ilə seçilir. Skandium və itrium birlikdə Çinin nadir torpaq metalı ixracının 14%-ni təşkil edir, əsas alıcısı isə Yaponiyadır. Trampın tarifləri və Çinin cavabı ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etdiyi rüsumların ümumi dərəcəsi 145%-ə qədər yüksəlib. Pekin cavab olaraq Amerika məhsullarına qarşı tariflər tətbiq edib və nadir torpaq metalları üzərində nəzarəti sərtləşdirib. Bununla yanaşı, Reuters xəbər verir ki, Çin Trampa qarşı ticarət müharibəsində beynəlxalq dəstək axtarır. Pekin diplomatları Yaponiyadan tutmuş Cənubi Koreyaya qədər bir sıra ölkələrlə əlaqələri gücləndirməyə çalışır. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Neden bu kadar paniklediler! İmamoğlu İnşaat ile ilgili soru önergesine CHP'lilerden ret!
    Next Article
    Hər yeməkdə var: Depressiya yaradırmış

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment