Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Çinə qarşı yeni addım: Gəmi sahiblərindən və operatorlarından rüsum alınacaq

    1 week ago

    3

    0

    ABŞ Ticarət Nümayəndəliyi (USTR) Çin mənşəli gəmi sahibləri və Çin istehsalı olan gəmilərin operatorlarından ABŞ limanlarına daxil olduqları zaman xalis tona və ya konteyner sayına əsasən rüsum tutulacağını nəzərdə tutan planını açıqlayıb. Valyuta.az xəbər verir ki, USTR tərəfindən yayımlanan bəyanatda bildirilir ki, bu addım Amerika gəmiqayırma sənayesini əvvəlki gücünə qaytarmaq və Çinin gəmiçilik, logistika və gəmi inşası sahələrində hökmranlıq etməyə yönəlmiş qeyri-məqbul hərəkət, siyasət və tətbiqlərinə cavab olaraq atılır. Təxminən bir il davam edən araşdırmanın nəticəsində hazırlanmış bu plan çərçivəsində ictimaiyyətin də rəylərinin alındığı qeyd olunub. Yeni tədbirlərin iki mərhələdə həyata keçiriləcəyi və ilkin 180 günlük müddətdə heç bir rüsum tətbiq olunmayacağı bildirilib. Bu müddətin sonunda isə Çin mənşəli gəmi sahibləri və operatorlarından ABŞ-a hər səfər üçün xalis tonaj əsasında, Çin istehsalı olan gəmilərin operatorlarından isə xalis tonaj və ya konteyner əsaslı rüsumlar alınacağı açıqlanıb. Bu rüsumların zamanla mərhələli şəkildə artırılacağı da bəyan edilib. İkinci mərhələ isə növbəti üç il ərzində həyata keçiriləcək. Bu çərçivədə ABŞ istehsalı olan maye təbii qaz (LNG) gəmilərini stimullaşdırmaq məqsədilə LNG-nin xarici gəmilərlə daşınmasına müəyyən məhdudiyyətlər qoyulacaq. Qeyd edilir ki, bu məhdudiyyətlər 22 il ərzində tədricən sərtləşdiriləcək. Bəyanatda həmçinin liman avadanlıqları üçün yeni gömrük tariflərinin də gündəmdə olduğu və bu məsələ ilə bağlı da ictimaiyyətdən rəylərin toplanacağı bildirilib. ABŞ Ticarət Nümayəndəsi Ceymison Qriyerin bəyanatda yer alan fikirlərinə görə, gəmilər və dəniz daşımaları ABŞ-ın iqtisadi təhlükəsizliyi və ticarətin sərbəst axını baxımından həyati əhəmiyyətə malikdir: "Tramp rəhbərliyinin atacağı addımlar Çinin üstünlüyünü geridə qoyacaq, ABŞ təchizat zəncirinə olan təhdidlərin qarşısını alacaq və ABŞ istehsalı gəmilər üçün tələbat siqnalı göndərəcək". Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Startups Weekly: Mixed messages from venture capital
    Next Article
    Adanaspor'da ayrılık resmen açıklandı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment