Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Çin bu gün Azərbaycan üçün ən çox arzuolunan iqtisadi tərəfdaşdır”- İqtisadçı

    4 days ago

    2

    0

    Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, Azərbaycan və Çin arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi və yeni əməkdaşlıq perspektivlərinin açılması istiqamətində yeni bir mərhələnin əsasını qoydu. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq arenada yerini daha da gücləndirməyə yönəlmiş strateji bir addım kimi qiymətləndirilə bilər.  Səfər zamanı aparılan ikitərfli dioloqlar, imzalanan müxtəlif rəsmi sənədlər bu səfərin həm Azərbaycan, həm də Çin üçün əhəmiyyətinin bariz nümunəsidir.  Prezidentin səfərini Valyuta.az-a şərh edən iqtisadçı Eldəniz Əmirov vurğulayıb ki, Çin və Azərbaycan arasında olan iqtisadi münasibətlər son dövrlər inkişaf etməkdədir: “Bunun başlıca iki səbəbi var. Bu səbəblərdən biri Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nifuzudursa, digər səbəbi isə Çininin özünün iqtisadi baxımdan potensialının Çin sərhədləri daxilinə yerləşməməsidir. 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünün yaranmasına səbəb də, elə məhz bu faktor idi və Azəbaycan da bu təşəbbüsə qoşulan ilk ölkələrdən idi”. İqtisadçı əlavə edib ki, Azərbaycan qloballaşan dünyada müasir trendlərə uyğun bir iqtisadi model formalaşdırmaq istəyirsə, bunun üçün də ən arzuolunan tərəfdaş Çindir:  “Ona görə ki, Çin dünyada iqtisadi ideyalar, bu ideyaları layihəyə və son məhsula çevirən, bunun üçün ən qısa zaman sərf edən ölkədir. Yəni, bir iqtisadi ideya dünyanın aparıcı ölkəsi olan ABŞ-də formalaşırsa, daha sonra onun layihəyə və son məhsula keçməsi üçün bir və ya bir neçə il lazım gəlirsə, Çində bu proses bir neçə aya tamamlanır. Hətta bəzi ideyalar bir neçə gün ərzində ideyadan real məhsula çevrilə bilir. İdeya və real məhsul arasında olan zaman Çində o qədər qısaldılıb ki, bu da qloballaşan dünya ilə daha çevik ayaqlaşmağa imkan verir və Çinin sözün həqiqi mənasında iqtisadi qüdrətini artırır. Çin avtomobil sənayesi yuxarıda qeyd etdiyim məsələyə ən bariz nümunədir. Çinin bu xüsusiyyəti Azərbaycan üçün çox önəmlidir”. Eldəniz Əmirovun sözlərinə görə, Çin artıq öz iqtisadi potensialı ilə sərhədlərinə sığmayan ölkəyə çevrilib: “O, daha da genişlənmək və yeni etibarlı tərəfdaşlar axtarır. Azərbaycan isə bu mənada onun üçün həm etibarlı, həm də strateji baxından əvəzolunmaz tərəfdaşdır. Odur ki, 2024-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 27,7% artaraq 3,7 milyard dollara çatsa da, bu rəqəm hələ potensialdan çox uzaqdır. Hazırda qarşılıqlı investisiya və idxal-ixrac imkanlarının genişlənməsi bu rəqəmi dəfələrlə artırmaq potensialına malikdir”.  Həmsöhbətimiz bildirir ki, bu səfər çərçivəsində atılan ən uğurlu addım Azərbaycan və Çin arasında viza rejiminin ləğvi oldu: “Bundan sonra Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və.s işlərə viza almadan gedə biləcək. Bu isə həm idxal çeşidinin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və qidalarımızın bu ölkədə təbliği üçün real fürsətdir. Çinli investorlar da eynilə ölkəmizə vizasız səfər edə biləcəyi üçün sənaye zonalarımıza, texnoparklarımıza və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunması şansı artacaqdır”. Günay
    Click here to Read more
    Prev Article
    Pegasus’tan deprem sonrası fiyat düzenlemesi! Tavan ücret 1750 TL oldu
    Next Article
    Cüdoçumuz Avropa çempionatında bürünc qazandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment