Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir"

    3 days ago

    2

    0

    Bu bir cümlənin arxasındakı reallıq ondan ibarətdir ki, rəsmi Pekin Azərbaycanın Ermənistan konstitusiyasında Qarabağın bir hissəsinin onlarınkı kimi təsbit edildiyi maddənin ləğvini və Minsk qrupunun buraxılması üçün birgə çağırış tələbini dəstəkləyir, Zəngəzur dəhlizinin açılmasından yanadır. Eyni zamanda qərbdəki bəlli çevrələrin, sərhəddimiz boyunca casus missiyası yerləşdirənlərin məqsədlərinin regionda qarşıdurma yaratmaq olduğunu və onların məkrli oyunlarının arzuladıqları kimi bitməyəcəyini Çin də təsdiqləyir. Çinlə strateji tərəfdaşlığımızın doğrudan hərtərəfli xarakter daşıyacağı, təkcə iki ölkə arasında demək olar ki, bütün sahələrdə əməkdaşlığın qurulması, genişləndirilməsi və dərinləşdirilməsində deyil, bunun beynəlxlaq müstəvidə bir-birinin təşəbbüs və addımlarının dəstəklənməsi, eləcə də təşviqində də özünü göstərəcəyini Birgə Bəyanatdakı bəzi maddələrdən aydın görmək olur. Onların arasında bizim üçün ən önəmliləri Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün “İpək Yolunun dirçəldilməsi” və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyamızla uyğunlaşdırılmasının möhkəmləndirilməsini, ölkəmizin Dünya Ticarət Təşkilatına tezliklə üzv olmasını, “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqi yönündə çağırılan qlobal forumları, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyimizi, ŞƏT-də hüquqi statusumuzun artırılmasını, COP29 çərçivəsində irəli sürdüyümüz "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsümüzü, Azərbaycanın dünyada rolunun və yumşaq güc potensialının artmasına yönəlmiş digər addımları dəstəkləməsidir . Birgə Bəyanatda Çin liderinin Azərbaycana səfərə dəvət edildiyinin də əksini tapması o deməkdir ki, Sədr Si Cinpini biz Bakıda görəcəyik. Bu isə artıq Çinin Azərbaycan üzərində hər hansı böyük dövlətlərin kölgəsini görmədiyinin və görmək istəmədiyinin növbəti təsdiqi olacaq. ABŞ-nin Ukraynadan Krımı Rusyanın bir hissəsi kimi tanımasını tələb etdiyi və Moskvaya daha da böyük güzəştlərə gedilə bilinəcəyinin proqnozlaşdırıldığı bir dönəmdə Azərbaycanın indiyədək yeritidiyi balanslı, yəni sırf milli maraqlarına dayanan siyasəti qoruyub saxlaması və möhkəmləndirməsi üçün bu səfər zamanı imzalanan razılaşmaların, özəlliklə də Çin kimi nəhənglə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının, iki liderin bir-birinə açıq sezilən rəğbət və güvəninin nə dərəcədə önəmli olduğunu məncə, daha detallı açıqlamağa ehtiyac yoxdur. Millət vəkili Sahib Alıyev visiontv.az
    Click here to Read more
    Prev Article
    İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var
    Next Article
    Ötən il icbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment