Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Çin ABŞ bazarından uzaqlaşır - RƏQƏMLƏR

    1 week ago

    4

    0

    Ticarət müharibəsinin başlanması ilə Çin ötən ay bir çox ABŞ məhsullarının idxalını azaldıb, bəzilərini isə tamamilə dayandırıb. Valyuta.Az Çin Gömrük İdarəsinin məlumatlarına istinadla xəbər verir ki, mart ayında ticarət məhdudiyyətlərindən ən çox təsirlənən məhsullardan biri ABŞ-dan idxalı tamamilə dayandırılan mayeləşdirilmiş təbii qaz (LNG) olub. Çin ümumi LNG idxalının 5 faizini ABŞ-dan təmin edirdi. ABŞ-dan mayeləşdirilmiş neft qazı (LPG) idxalı 36 faiz azalaraq 2,02 milyon tona, kömür idxalı isə 62 faiz azalaraq 208 min tona enib. Əvəzində, xam neft idxalı 25 faiz artaraq 542 min tona yüksəlib. Mis idxalı isə 50 faizdən çox azalaraq 19 min ton səviyyəsində qeydə alınıb. Kənd təsərrüfatı məhsullarında da azalmalar müşahidə olunur Mart ayında idxalı sıfıra düşən məhsullardan biri də buğda olub. Çin ümumi buğda idxalının 17 faizini ABŞ-dan həyata keçirirdi. Digər kənd təsərrüfatı məhsullarının idxalında da ciddi azalma qeydə alınıb. ABŞ-dan pambıq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz azalaraq 14 min tona düşüb. Qarğıdalı idxalı isə 2020-ci ildən bəri ilk dəfə 800 tonun altına enib. Bununla belə, ABŞ-dan soya fasulyəsi idxalı 12 faiz artaraq 2,44 milyon tona çatıb. Aydın
    Click here to Read more
    Prev Article
    Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi
    Next Article
    Marketlərdən sarı yumurtalar yığışdırılır - SƏBƏB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment