Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ceymi Deymon: ABŞ-Çin əməkdaşlığı təcili başlaymalıdır

    1 week ago

    5

    0

    Finss.az - JPMorgan Chase bankının rəhbəri Ceymi Deymon, prezident Donald Trampın ticarət siyasətini sərt tənqid edib və bu siyasətin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib. O, xüsusilə ABŞ-Çin münasibətlərinin gərginləşməsinin bazarlarda qeyri-sabitliyə səbəb olduğunu vurğulayıb. “Bir il gözləməyə ehtiyac yoxdur. Bu əməkdaşlıq sabah da başlaya bilər,” – deyə Deymon Çinlə təcili əməkdaşlığın vacibliyini dilə gətirib. Deymonun bu çağırışı Trampın 2 aprel tarixində “qarşılıqlı” rüsumlar tə tbiq etməsi fonunda səslənib. JPMorgan rəhbəri bunun investorlar arasında qeyri-müəyyənlik yaratdığını bildirib: “Bazarlar çox dəyişkəndir, bu isə insanları qorxudur.” O, həmçinin ABŞ administrasiyasını daha açıq və koordinasiyalı strategiya yürütməyə çağırıb: “Biz nəyi əldə etməyə çalışdığımızı aydın şəkildə anlamalıyıq… və bunu müttəfiqlərlə birlikdə etməliyik.” Deymon, maliyyə naziri Skott Bessintin rolu ilə bağlı da fikirlərini bölüşüb: “O, yetkin bir insandır… danışıqları aparmalı olan da məhz odur.”
    Click here to Read more
    Prev Article
    İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir: "İran heç bir xarici gücün təzyiqinə boyun əyməyəcək"
    Next Article
    OPEC+ yeni hasilat qrafikinə keçdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment