Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Cərimələr yetərli deyil" - Ekspert

    6 days ago

    3

    0

    Azərbaycanda maliyyə hesabatlarının müstəqil auditdən keçirilməsi ilə bağlı qanunvericilik tələblərinə əməl olunmasında hələ də ciddi problemlər qalmaqdadır. Valyuta.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib. O qeyd edib ki, bəzi təsərrüfat subyektləri cərimə ödəməklə, lakin hesabatlarını auditdən keçirmədən fəaliyyətlərini davam etdirirlər: “Bu da qeyri-şəffaf fəaliyyətin, vergi yayınmasının və çirkli pulların yuyulması risklərinin artmasına səbəb olur. Mövcud vəziyyət onu göstərir ki, tətbiq olunan inzibati tənbeh tədbirləri yetərli deyil. Bir çox hallarda məhkəmə qərarlarında cərimə ilə yanaşı, təsərrüfat subyektlərinin maliyyə hesabatlarını sonradan auditdən keçirmələrinə dair konkret tapşırıqlar öz əksini tapmır. Bu səbəbdən, Auditorlar Palatası Məhkəmə-Hüquq Şurasına müraciət edərək, bu cür hallarda cərimə ilə yanaşı, müvafiq tapşırıqların məhkəmə qərarlarında əks olunmasına dəstək göstərilməsini tövsiyə edib.İnanırıq ki, bu müraciətimiz əsasında məcburi auditdən yayınmanın qarşısının alınması istiqamətində uğurlu nailiyyətlər əldə olunacaq”. V.Novruzov vurğulayıb ki, maliyyə hesabatlarının müstəqil auditdən keçirilməsi şəffaflıq və məsuliyyətlilik mühitinin möhkəmləndirilməsi üçün vacib vasitədir: “Qanunvericilik tələblərinin icrasına nəzarətin gücləndirilməsi, sanksiyaların effektivliyinin artırılması və məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi bu sahədə daha ciddi irəliləyişə səbəb ola bilər”. Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
    Click here to Read more
    Prev Article
    Bu şirkətin 260 min manat vergi borcu üzə çıxdı
    Next Article
    Konya'da 19 yıl önce işlenen cinayetle ilgili gözaltına alınan 2 zanlıdan biri tutuklandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment