Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Cahangir Atakişiyev İKTA-da şöbə müdiri təyin edildi

    1 week ago

    3

    0

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib. HİT.az xəbər verir ki, bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub. Qeyd edək ki, kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik C.Atakişiyev bundan öncə RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Bakı Dövlət Universitetində bakalavr və Bakı Slavyan Universitetində magistr təhsili alıb. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun “Korporativ idarəetmə” proqramının məzunudur. “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı və 74-cü Beynəlxalq Astronavtika Konqresində RİNN tərəfindən kommunikasiya koordinatoru olub. COP29 beynəlxalq tədbirində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə İKT və rabitə sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
    Click here to Read more
    Prev Article
    Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var
    Next Article
    RUTUBE Özbəkistandan baxış sayında dəyişiklikləri qeyd etmir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment