Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks!

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    BYD-nin təklifi səhmlərinin qiymətini 5% artırdı

    1 week ago

    Finss.az - Çinin elektromobil nəhəngi BYD Co mənfəət bölgüsü planlarında mühüm dəyişiklik edərək səhmdarlarını sevindirib. Şirkət dividendlərlə yanaşı, əlavə bonus və kapitalizasiya səhm paylanmasını təklif edib. Bu qərar Honq Konq birjasında BYD səhmlərinın 5% bahalaşmasına səbəb olub. Yeni təklifə əsasən: Hər 10 səhmdən ötrü 8 bonus səhm və 12 kapitalizasiya səhm paylanacaq; Həmçinin, 10 səhmdən ötrü 39.74 yuan məbləğində nağd divident ödəniləcək. Kapitalizasiya səhm – şirkətin kapital ehtiyatları hesabına mövcud səhmdarlara pulsuz verilən yeni səhmlərdir. Bu addım həm səhmdarların gəlirlərini artırmaq, həm də şirkət səhmlərinin likvidliyini yüksəltmək məqsədi daşıyır. Şirkətin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təşəbbüs nəticəsində dövriyyədə olan BYD səhmlərinin sayı 6 milyarddan çox artacaq. BYD-nin Honq Konq birjasında ticarət olunan səhmləri 5% artaraq 394,60 HKD səviyyəsinə çatıb. Bu artım ümumi bazar dinamikasından daha sürətli olub. Təklifin qüvvəyə minməsi üçün iyun ayında keçiriləcək illik səhmdarlar toplantısında təsdiqlənməsi tələb olunur.
    Click here to Read more
    Prev Article
    AMB sədri: “Yüksək faizli istiqrazlar əsasən "subordinasiya" məqsədilə buraxılır”
    Next Article
    Valyuta bazarında yeni yanaşma

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment