Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu tekila və viskilər saxta imiş - FOTOLAR

    1 week ago

    3

    0

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəşad Xanlar oğlu Qaraqurbanlıya məxsus "Pub 008" ictimai iaşə obyektində yoxlama keçiriblər. Valyuta.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan dörd ədəd 1 litrlik, üç ədəd 0.7 litrlik "Olmeca Tequila" əmtəə nişanlı tekila, iki ədəd 1 litrlik, dörd ədəd 0.7 litrlik, dörd ədəd 0.5 litrlik "Chivas Regal 12" əmtəə nişanlı viski, üç ədəd 0.7 litrlik, dörd ədəd 0.5 litrlik "Jack Daniel`s" əmtəə nişanlı viski aşkarlanıb. İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki LOT kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati icraata başlanılıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
    Click here to Read more
    Prev Article
    Spotify Çöktü: Uygulamaya Erişim Sorunu Yaşanıyor!
    Next Article
    Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment