Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu tarixdən uşaqların I sinfə qəbulu başlayır

    16 hours ago

    1

    0

    Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. Valyuta.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Məktəb və müəllim seçimində Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may-12 sentyabrda, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 mayda, müsahibə 12-31 mayda, məktəb və müəllim seçimi 17 iyun – 12 sentyabrda olacaq. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may-5 iyunda, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 17 iyun-17 iyulda olacaq. Müddət bitdikdən sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
    Click here to Read more
    Prev Article
    1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır
    Next Article
    Avtomobil nömrəsini itirən sürücüləri nə gözləyir? - AÇIQLAMA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment