Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu şirkətlər cəzalandırıldı - ADLARI

    3 days ago

    2

    0

    Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir. Valyuta.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırmalar zamanı Zaqatala rayonu Aşağı Tala kəndində “Azeri-M” firmasının vəzifəli şəxsi tərəfindən atmosfer havasına zərərli maddələr atılması, “Dolomit” MMC və “Euroline” MMC-nin vəzifəli şəxsləri tərəfindən Kiş çayının sahilindəki karxananın fəaliyyəti zamanı ətraf mühitə zərərli maddələrin atılması, həmçinin vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) və 234.0.1-ci (müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Şəki, Zaqatala və Nərimanov rayon məhkəmələrinə göndərilib.
    Click here to Read more
    Prev Article
    Sabah Bakıda 27 dərəcə isti olacaq
    Next Article
    İstanbul Yarı Maratonu rekora koşacak!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment