Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu şirkətlər barəsində inzibati iş başladıldı

    1 week ago

    5

    0

    Bakıda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Valyuta.az xəbər verir ki, bu barədə  Baş Prokurorluqdan məlumat verilib.  Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhərinin Xətai rayonunda “Venera Project” MMC, Yasamal rayonunda “Esila Trading” MMC, “Payitaht Restaurant” MMC, Binəqədi rayonunun Biləcəri qəsəbəsində mebel fabrikinin fəaliyyəti zamanı “Crystal Mebel İnteryer” MMC tərəfindən, həmçinin Yasamal rayonunun A.M.Şərifzadə küçəsində tullantıların qanunsuz qalaqlanması zamanı müxtəlif ekoloji pozuntuların törədilməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 233.1 (ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması), 237.1 (yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən obyektlərin istismara verilməsi), 266.2 (tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması), 271 (tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə məhkəməyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.
    Click here to Read more
    Prev Article
    Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir
    Next Article
    Paris Basketbol'da Nadir Hifi, Euroleague'de sezonun yükselen yıldızı seçildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment