Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu sığorta şirkəti çox yığıb, az ödəyib

    5 hours ago

    4

    0

    Cari ilin ilk 3 ayında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 27 milyon 625 min manat sığorta haqqı toplaya bilib.  Valyuta.az xəbər verir ki, bu ilin ilk 3 ayı üçün toplanan sığorta haqqı ötən ilin eyni dövrünə nisbətən  4 milyon 987 min manat və ya 22% artım olub. Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında “Atəşgah Həyat”  Sığorta Şirkəti ASC 22 milyon 638 min  sığorta haqqı toplaya bilib.  Adı keçən şirkətin sığorta ödənişlərinə nəzər salsaq, bu ilin ilk 3 ayında bu ödənişlər 8 milyon 201 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 7 milyon 248 min manat təşkil edib. Alınan rəqəmlər onu deməyə əsas ver ki, “Atəşgah Həyat” Sığorta ASC -nin sığorta ödənişləri 953 min manat və ya 13,14% artıb.  Beləliklə, bu ilin ilk 3 ayında şirkətin sığorta haqları artsa da, ümumi yığıma nisbətən ödəniş yükü azalıb. Şirkət bu ilin yanvar-mart aylarında hər 100 manatdan 29 manat 68 qəpiyi sığorta ödənişinə yönəldib. Ötən ili eyni dövründə isə bu rəqəm 32 manat hesablanıb.  Yəni, bu ilin ilk 3 ayında illik müqayisədə 2 manat 32 qəpik az ödəniş edib. Bu isə o deməyə əsas verir ki, “Atəşgah Həyat” 2025-ci ilin ilk 3 ayında toplanan haqların daha az hissəsini ödənişə yönəldib – ötən illə müqayisədə hər 100 manata düşən ödəniş 2 manat 32 qəpik azalıb. Qeyd edək ki, bu şirkət cari ilin yanvar-mart aylarında sığorta şirkətləri arasında toplanan sığorta haqları üzrə üçüncü, sığorta ödənişləri üzrə isə dördüncü yerdə qərarlaşıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    TOBFED'den açık otoparklar afet toplanma alanı olarak kullanılsın açıklaması
    Next Article
    Neftimizin qiyməti artmaqda davam edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment