Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu sığorta sinifləri üzrə 2,7 milyon manatlıq yığım var, ödəniş isə sıfır

    21 hours ago

    1

    0

    Yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb. Valyuta.az xəbər verir ki, toplanan sığorta haqqının həcmi 2 milyon 718 min manat olub.  Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdakı kimidir: Su nəqliyyat vasitələrinin sığortası: 200 min manat  Dəmiryol nəqliyyat vasitələrinin sığortası: 22 min manat  İşçilərin dələduzluğu sığortası: 86 min manat İşəgötürənin məsuliyyət sığortası: 125 min manat Yük daşıyanın mülki məsuliyyətinin sığortası: 3 min manat  Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası: 2 milyon 117 min manat Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası: 150 min manat İşin dayanması ilə bağlı risklərdən sığorta: 1000 manat Digər icbari sığorta növləri: 14 min manat  Ümumilikdə isə bu ilin ilk üç ayında sığorta şirkətləri tərəfindən 399 milyon 83 min manat sığorta haqqı toplanıb.  Sığorta ödənişlərinin həcmi isə 164 milyon 29 min manat olub.  Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Bakıdakı "General Hospital" klinikası cərimələndi
    Next Article
    Xaricdə təhsil - Azərbaycan bu diplomları niyə qəbul etmir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment