Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu şəxslər vergi hesabatı verməyəcəklər

    1 week ago

    4

    0

    Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məşğul olmalarını təşviq etmək, onların iqtisadi fəaliyyətini stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilib. Valyuta.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlirlərini vergi orqanına bəyan etməli və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlidirlər. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin gəlirlərinin aşağı dərəcə ilə vergiyə cəlb olunması, həmçinin onlara münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulur. Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdikləri gəlirlərdən xərclər çıxılmadan 2 faiz həcmində ödəmə mənbəyində vergi həmin agentlik tərəfindən tutularaq bəyan ediləcək. Beləliklə, əlilliyi olan şəxslərin vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesabatları təqdim etmək və digər inzibati prosedurları həyata keçirmək öhdəliyi yaranmayacaq. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliyə görə, həmin şəxslərin DOST Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.
    Click here to Read more
    Prev Article
    Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 10
    Next Article
    Trabzonspor, İrfan Can'ı mı istiyor?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment